Poçettino azarkeşlərdən narazıdır

  • 12 Fevral 2024, 16:42

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino London azarkeşlərinin ona qarşı münasibətini şərh edib.

Sportlife.az xəbər verir ki, 51 yaşlı argentinalıdan komandanın azarkeşlərinin sevgisini hiss edib etmədiyini soruşublar.

“Mən sizinlə dürüst olmalıyam. Azarkeşlərimiz Çempionlar Liqasını qazanıblar, Kubokları, Premyer Liqanı qazanıblar. Nə üçün azarkeşlər altı-yeddi ay ərzində mənə aşiq olmalı idilər? Biz İngiltərə Liqa Kuboku finalına çıxdıq, lakin Premyer Liqada çox yaxşı yerdə deyilik" - deyə Poçettino İngiltərə mətbuatına bildirib.


Paylaş: