
"Portu" autsayderdən futbolçu aldı
"Sauthempton"un müdafiəçisi Yan Bednyarek "Portu"ya keçib.
Sportlife.az xəbər verir ki, 29 yaşlı polşalı ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı müqaviləni 7,5 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Bednyarek 34 oyun keçirib, 2 qol vurub və 7 sarı vərəqə alıb.
Qeyd edək ki, "Sauthempton" ötən mövsüm Premyer Liqanı tərk edib.