Premyer Liqa klubu "Bavariya"nın futbolçusuyla maraqlanır

  • 4 Noyabr 2024, 22:22

Premyer Liqa klubu "Nottingem Forest" "Bavariya"nın futbolçusu Matis Tellə maraqlanır.

Sportlife.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu isə Münhen klubundan ayrılmağı düşünmür. O, bu mövsümü komandada tamamlamaq istəyir.

Tellə maraqlanan klublardan biri də "Verder"dir. Bundesliqa klubu fransalı futbolçu ayrılmağa qərar verərsə, onu icarəyə götürməyə çalışacaq.


Paylaş: