“Qarabağ”ın “Rakuv”la Bakıdakı matçının vaxtı açıqlandı

  • 20 İyul 2023, 14:21

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la cavab oyununun vaxtı müəyyənləşib.

Sportlife.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar avqustun 2-də növbəti raundun iştirakçısını müəyyənləşdirəcəklər.

Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada olacaq.


Paylaş: