TFF-dən "Fənərbağça"ya cəza: 60 günlük diskvalifikasiya

  • 12 Aprel 2024, 18:39

Türkiyə Futbol İntizam Şurası Türkiyə Superkubokunda “Qalatasaray”la oyundan sonra “Fənərbağça”nı cərimələyib.

Sportlife.az Türkiyə Futbol Federasiyasının (TFF) saytına istinadla xəbər verir ki, klub 115 min avro ödəməyə borcludur. Həmçinin futbolçulara meydanı tərk etməyi tapşıran klub inzibatçısı 15 min avro cərimələnib və 60 günlük diskvalifikasiya olunub. “Qalatasaray” azarkeşlərin davranışına görə 6100 avro cərimələnib.

Oyun aprelin 7-də baş tutub. "Fənərbağça" matç üçün gənclərdən ibarət heyət çıxarıb. Buraxılan ilk qoldan sonra komanda meydanı tərk edib. Beləliklə, "Fənərbağça"ya texniki məğlubiyyət verilib, "Qalatasaray" isə kubokun sahibi olub.


Paylaş: