Azərbaycanlı hakim ermənilərin oyununda
Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan millisinin oyununa təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, Avropa çempionatının final mərhələsində bu gün baş tutacaq Ermənistan – Ukrayna matçında taymkiper kimi hakimlər briqadasına kömək edəcək.
Qeyd edək ki, bu, həm də FIFA referisinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.