"Borussiya"nın yeni "9" nömrəsi

  • 11 Sentyabr 2024, 21:45

"Borussiya"nın yeni forvardı Seru Qirassinin forma nömrəsi dəyişdirilib.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, qvineyalı hücumçunun 19 olan nömrəsi 9-a dəyişdirilib. Klub açıqlamasında bildirib ki, onun 19 nömrəli formasını alan azarkeşlər yeni nömrəsiylə dəyişdirə bilər.

Yeni klubunda hələ debüt edə bilməyən Qirassi bu həftəsonu ilk oyununa çıxa bilər. "Borussiya" sentyabrın 13-də "Haydenhaym"la qarşılaşacaq.

 


Paylaş: