Bu klublar Turan Manafovla razılığa gələ bilmir

  • 8 Avqust 2024, 16:20

"Araz Naxçıvan"dan ayrılan Turan Manafov hələ də klubsuz qalıb.

Sportlife.az saytına verilən məlumata görə, buna səbəb azarbaycanlı müdafiəçinin yüksək maaş tələbidir. Belə ki, "Kəpəz" və "Şamaxı" klubları oyunçunun xidmətində maraqlı olub.

Ancaq Manafov onlardan yüksək məbləğdə əmək haqqı tələb edib. O, ayda 10 min manat maaş istəyir. Məhdud büdcəli iki klub da bu məbləği verə bilmədikləri üçün transfer baş tutmayıb.

Klubsuz qalan millimizin sabiq üzvü şərtlərinə müsbət yanaşacaq komanda axtarışındadı. 


Paylaş: