
"Bu mükafatı qazanmaq istəyirəm" - Rafinya
"Barselona"nın vingeri Rafinya "Qızıl top"u qazanmaq istəyi ilə bağlı danışıb.
Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu bu mükafatı qazanmaq bir yana, həmin mübarizədə yer almasının da özü üçün qələbə olduğunu deyib:
"Haradan gəldiyimi və karyeramda nələr keçirdiyimi nəzərə alsaq, "Qızıl top" uğrunda mübarizədə yer almaq da böyük qələbədir. Bu mükafatı qazanmaq istəyirəm".
Rafinya bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 23 qol vurub və 14 məhsuldar ötürmə edib.