
Mahir Emreli "Nürnberq"lə vidalaşdı
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə vidalaşıb.
Sportlife.az xəbər verir ki, o, instaqram hesabında alman dilində vida paylaşımı edib.
28 yaşlı hücumçu paylaşımda bunları yazıb: "Hər bir futbolçunun karyerasında elə klublar var ki, onlar səyahətin deyil, sizin özünüzün bir hissəsinə çevrilir. Mənim üçün "Nürnberq" məhz belə bir klubdur.
Azərbaycanlı futbolçu üçün Avropanın ən tarixi klublarından birində oynamaq xüsusi qürur hissidir. Amma ən dəyərlisi, təkcə meydanda oynamaq deyildi, Miroslav Kloze kimi futbol əfsanəsi ilə işləmək imkanı, uşaqlıq arzumun gerçəkləşdiyi an idi.
Hörmətli "Nürnberq" ailəsi, siz mənə güvəndiniz, mən isə hər dəfə bu formanı geyinəndə, vurduğum hər qolda, döyüşdüyüm hər oyunda sizi qürurlandırmağa çalışdım. Bu formanı təkcə bədənimdə deyil, ürəyimdə qürurla daşıdım. Çünki arxamda sizin kimi əziz azarkeşlər var idi.
Bu gün "Nürnberq"dən ayrılıram, amma fonda hələ də sizin səslərinizi, alqışlarınızı və bu şəhərin ürək döyüntülərini eşidirəm. Və ürəyimdə heç vaxt unuda bilməyəcəyim bir sevgi daşıyıram...".
Emreli vida mesajını klubun şüarı olan "Einmal Cluberer, immer Cluberer!" ("Bir dəfə klubda oldunsa, daimi klubdasan") sözləri ilə bitirib.
Qeyd edək ki, Mahir Emreli 2-ci Bundesliqada başa çatmış mövsümü 24 oyuna 10 qolla tamamlayıb.