"Qarabağ"ın futbolçusu "Puşkaş" mükafatına namizəd olub

  • 29 Noyabr 2024, 10:55

"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Puşkaş" mükafatına namizəd olub.

Sportlife.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzairlə CAR arasında baş tutan yoldaşlıq matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb. Benzia qarşılaşmada dubl edib.


Paylaş: