"Şamaxı"nın məşqçisi ilə bağlı qərar ləğv edildi

  • Bu gün, 11:08

Apellyasiya Arbitraj Tribunalı "Şamaxı" klubunun şikayətinə baxıb.
 
Sportlife.az xəbər verir ki, AFFA U-15 Liqasının "Metak FK" ilə oyununda bölgə təmsilçisinin adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana daxil olaraq rəqib komandanın bir neçə azyaşlı futbolçusunu yumruqla vurub.
 
AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq, Süleymanovun 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilməsi, müstəsna hal olaraq 500 manat cərimə edilməsi, Şamaxı komandasının növbəti ev oyunu azarkeşsiz keçirilməsi barəsində AFFA İntizam Komitəsinin qərarı ləğv edilib.
 
İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün məsələ yenidən baxılmasından ötrü İK-ə qaytarılıb.
 
Apellyasiya şikayəti qalan hissədə təmin olunmayıb.
 
Tribunalın qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.

Paylaş: