"Turan Tovuz"dan MÜHÜM QƏRAR

  • 5 İyun 2024, 11:00

"Turan Tovuz"un ev oyunlarını keçirdiyi Tovuz rayon stadionunda təmir işləri aparılacaq.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, stadionun süni örtüyü təbii otla əvəzlənəcək. Çalışmalar ən qısa vaxtda start götürəcək. 

Rəhbərliyinin xüsusi diqqət göstərdiyi məsələ mümkün qədər tez bir müddətdə öz həllini tapmalıdır. Tovuz stadionunda növbəti mövsümdən təbii ot örtüklü meydança olacaq.


Paylaş: