Turun mərkəzi matçı ”bayquşlar”ın qələbəsiylə başa çatdı

  • 9 Fevral 2025, 18:59

Azərbaycan Premyer Liqasının 22-ci turunda “Turan Tovuz” səfərdə “Sabah”la qarşılaşıb.

Sportlife.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən günün ikinci matçında sevinən tərəf meydan sahibləri olub.

Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Azərbaycan Premyer Liqası

22-ci tur

9 fevral

Sabah - Turan Tovuz 2:1

Qollar: P.Şafranko, 50 (pen.), C.Sekidika, 60 - A.Souza, 15


Paylaş: