Alim Nəbiyevdən 50-ci qələbə

Alim Nəbiyevdən 50-ci qələbə

  • 30 Sentyabr 2018, 11:18

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb.

Sportlife.az xəbər verir ki, idmançımız “Glory” seriyalı yarışda uğur əldə edib. O, Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunan “Glory59” döyüş gecəsindən qələbə ilə ayrılıb.

Nəbiyev “Yohan Kroyff Arena”da hollandiyalı Eyevan Danenberqlə üz-üzə gəlib. “Glory” reytinqinin 2-cisi olan Alim bu siyahıda 4-cü olan rəqibinin müqavimətini qıraraq, döyüşü qalib kimi tərk edib.

Bu, Alimin nüfuzlu seriyada keçirdiyi 5-ci döyüşdə 4-cü qələbəsi olub. Ümumilikdə isə Nəbiyev 57-ci döyüşündə 50-ci dəfə qalib gəlib.


Paylaş: