“Səbail” rəhbərliyi üçün CEKPOT şansı

“Səbail” rəhbərliyi üçün CEKPOT şansı

  • 25 Oktyabr 2022, 18:48

11 milyon büdcə ilə 11 tura 10 xal. Bu, “Səbail”in bacardığı, reallıqda isə bacarıqsızlığıdır...

Büdcəsinə görə yalnız “Qarabağ” , “Neftçi” və “Sabah”dan geri qalan “dənizçilər” ən pis halda ilk 5-likdə olmalı idilər. Ola bilmirlər... Problem var... İşlər düzgün qurulmayıb...

10 komanda arasında 7-ci pillədə qərarlaşan “Səbail” öz oyunu ilə də gələcəyə ümid vermir ki, müxtəlif bəhanələrə özümüzü inandıraq. Ona qalsa, Aftandil Hacıyevin əvvəlki kimsəsiz “Səbail”inin min bir dərdi var idi. Ancaq komanda indikindən daha əzmkar və baxımlı oyun sərgiləyirdi. Demək ki, artmış büdcə komandaya dərd gətirib. Pul hamının başını necə qarışdırıbsa...

Mahmud Qurbanov isə indi tez-tələsik edilmiş transferlərin ziyanını çəkir. Xeyrini görənlər oturub kənarda, qış transferi dövrünü gözləyirlər...

“Səbail”in uğursuzluğu təkcə Mahmud Qurbanovun adı ilə bağlı deyil. Hər bir klub funksionerinin ürəyindəndir ki, baş məşqçi medianın tənqidinə tuş gəlsin, azarkeşlər “istefa, istefa!” qışqırsın və onlar da başqa bir mütəxəsis tapıb yeni legioner axınının qapısını açıb cekpotu partlatsınlar!

Mirələm Həsənli


Paylaş: