
"Hakimlik haqqında danışmaq istəmirəm, hərənin öz Allahı var" - AÇIQLAMA
“Şamaxı” klubu 1-ci Liqada 9-cu pillədə qərarlaşan “Difai Ağsu” ilə oyundaqolsuz heç-heçə edib.
Sportlife.az saytına danışan “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov dumanlı hava şəraitində keçən matçdan sonra fikirlərini bildirib:
Oyunu necə dəyərləndirirsiniz?
- Yolumuza davam edirik. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çempionatın axırına qədər oynayacağıq.
Penalti və qol epizodu oldu ki, hakim fərqli qərar verdi. Hakimlə bağlı narazlığınız var?
- Hakimlik haqqında danışmaq istəmirəm, hərənin öz Allahı var.
Növbəti turda “Qaradağ Lökbatan”la çətin oyununuz var. Bu matçı final oyunu adlandırmaq olarmı?
- Bizə görə hər oyun final matçıdır. Bütün oyunlara uşaqları bu cür kökləyirik.
Hidayət Qurbanov