Atletiko Qarabağa 500 min qazandırdı

  • 19 Oktyabr 2017, 13:29

"Atletiko ilə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında etdiyi heç-heçə "Qarabağ"a təkcə 1 xal qazandırmayıb.

Sportlife.az xəbər verir ki, bu nailiyyət sayəsində Ağdam klubu daha 500 min avro gəlir əldə edib.


Qaydalara əsasən, qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro qazanc deməkdir.

Daha əvvəl "Qarabağ" Çempionlar Liqasının 32 iştirakçısından biri kimi 12,7 milyon avroya sahib olub.


Paylaş: