Bu missiyanin ohdesinden gele bileceyimize eminem - Kopenhagenin futbolcusu, Peter Ankersen Qarabagla oyun barede klubu resmi saytina aciqlama verib

Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm - Kopenhagenin futbolçusu

  • 18 Avqust 2017, 14:00

“Kopenhagen”in futbolçusu Peter Ankersen "Qarabağ"la oyun barədə klubun rəsmi saytına açıqlama verib. 

Sportlife.az xəbər verir ki, danimarkalı müdafiəçi komandasının ideal formasından uzaq olduğunu bildirib:

“Sirr deyil ki, hələ istədiyimiz səviyyəyə çatmamışıq. Amma üzərimizdə çox çalışırıq. Yeni mövsümdə daha güclü olmaq niyyətindəyik. Oyundan-oyuna “artırırıq”. Amma bu, kifayət deyil. Son matçlar göstərir ki, bundan da yaxşı vəziyyətdə olmalıyıq”.

Ankersen hazırda bütün diqqətlərini sabah keçirəcəkləri “Syonneryusk”la çempionat oyununa yönəltdiklərini deyib: “İndiki məqamda bizi şənbə günü keçirəcəyimiz oyun düşündürür. Daha sonra diqqətimizi növbəti görüşə yönəldəcəyik. Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm”.

Qeyd edək ki, “Qarabağ”ın “Kopenhagen” klubları arasındakı cavab matçı ( ilk oyun: 1:0) avqustun 23-də Danimarkada keçiriləcək. 


Paylaş: