Arsenalın ulduzu Mançester klubu ilə razılaşdı

Arsenalın ulduzu Mançester klubu ilə razılaşdı

  • 19 Yanvar 2018, 20:31

“Arsenal”ın futbolçusu Aleksis Sançes “Mançester Yunayted”lə razılığa gəlib.

Sportlife.az xəbər verir ki, “qırmızı şeytanlar” 30 yaşlı forvardla 4,5 illik müqavilə bağlayacaq.

Çilili yeni klubunda illik 14 milyon funt sterlinq maaş alacaq. Əlavə olaraq “Mançester Yunayted” Sançesə 20 milyon funt sterlinq bonus verəcək.

Hücumçunun “Mançester Yunayted”in yarımmüdafiəçisi Henrix Mxitaryanla dəyişdiriləcəyi bildirilir. Keçidin ermənistanlı futbolçunun “Arsenal”la şəxsi müqaviləsini razılaşdırdıqdan sonra rəsmiləşəcəyi gözlənilir.

Londonluların baş məşqçisi Arsen Venger də bu iki futbolçunun dəyişdirlməsinə müsbət yanaşdığını açıqlayıb.

Aleksis Sançes “Arsenal”a 2014-cü ilin iyulunda İspaniya “Barselona”sından 35 milyon funt sterlinq qarşılığında transfer olunub.


Paylaş: