Reynaldo bu klubla 1 İLLİK MÜQAVİLƏ BAĞLAYIR

Reynaldo bu klubla 1 İLLİK MÜQAVİLƏ BAĞLAYIR

  • 18 Fevral 2018, 21:21

"Qarabağ"ın sabiq futbolçusu Reynaldonun yeni klubu müəyyənləşib.

Sportlife.az xəbər verir ki, braziliyalı bundan sonra Qazaxıstanın "Aktobe" klubunun uğurları üçün çalışacaq. O, baxışda olduğu klubun məşqçilər korpusundan müsbət rəy alıb.

Qazaxıstan təmsilçisi sabah "sambaçı" ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Reynaldo bir müddət əvvəl Slovakiyanın "Spartak Trnava" klubuna üz tutsa da, o, burada cəmi 3 həftə qalıb. (yenicag.az)


Paylaş: