Traktorsazi kubokda mübarizəni dayandırdı

Traktorsazi kubokda mübarizəni dayandırdı

  • 20 Dekabr 2017, 10:51

Futbol üzrə İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Sportlife.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu bu mərhələdə “İstiqlal Xuzestan”la qarşılaşıb.

Təbriz təmsilçisi oyuna əlavə edilmiş 4-cü dəqiqədə meydanda azlıqda qalıb. Vaxtilə “Qəbələ”nin də şərəfini qorumuş Fərzad Hatəmi qırmızı vərəqə alıb. Matçın əsas vaxtı qolsuz bərabərliklə nəticələnib.

Əlavə vaxtda “Traktorsazi”nin futbolçusu Məhəmməd İranpurian rəqibin qapısına təyin edilmiş penalti zərbəsini qolla tamamlaya bilməyib. Nəticədə oyunun əlavə vaxtı da heç-heçə nəticələnib.

Cütün taleyini penaltilər seriyası həll edib. Burda daha dəqiq oynayan (4:3) “İstiqlal Xuzestan” yarımfinala vəsiqə qazanıb.

“Traktorsazi” kimi, Təbrizin digər təmsilçisi “Göstəriş” də kubokda mübarizəni elə bu mərhələdə dayandırıb. Bu komanda da “Xonex Be Xones”lə bacarmayıb.


Paylaş: