Dedov: Azərbaycanla eyni səviyyədə komandayıq

Dedov: Azərbaycanla eyni səviyyədə komandayıq

  • 20 Yanvar 2018, 11:46

Moldova millisinin futbolçusu Aleksandr Dedov Cənubi Koreya və Azərbaycana qarşı keçirəcəkləri yoxlama matçları barədə fikirlərini bölüşüb. Sportlife.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Cənubi Koreya barədə elə də geniş məlumatım yoxdu. Ancaq Azərbaycana qarşı artıq oynamışıq. Yaxşı komandadır və təxminən bizimlə eyni səviyyədədirlər. Biz bu rəqiblə bərabər səviyyədə oynamalıyıq. Niyə də müsbət nəticə göstərməyək?!".

O, daha çox hazırlaşmalı olduqlarını bildirib: “İstirahətdən sonra məşqlər çətin olur. Kifayət qədər dincəldik. İndi isə mümkün qədər yüksək səviyyəli məşqlər keçməliyik ki, uğurlu nəticələr qazanaq”.


Paylaş: