Ndlovudan Qarabağ və Azərbaycana minnətdarlıq

Ndlovudan Qarabağ və Azərbaycana minnətdarlıq

  • 20 Yanvar 2018, 13:36

“Qarabağ”dan ayrılaraq Çinin "Xançjou Qrintaun” klubuna transfer olan Dino Ndlovu Ağdam təmsilçisinə və Azərbaycan xalqına təşəkkür ünvanlayıb. Sportlife.az xəbər verir ki, o, bununla bağlı özünün "Tvitter" hesabında belə bir paylaşım edib:

“Nəyə qadir olduğumu göstərmək üçün mənə şərait yaratdığı üçün "Qarabağ"a, qonaqpərvərlik və hörmətə görə Azərbaycan xalqına minnətdaram. Siz həmişə qəlbimdə qalacaqsız. Klubumu dəyişməyim Allahın işidi. Artıq bütün diqqətimi və enerjimi "Xançjou Qrintaun” üçün yönəldəcəm".

Qeyd edək ki, Ndlovu Çin klubu ilə 2 illik müqaviləyə imza atıb.


Paylaş: