Qəbələnin Sürixlə matçının başlama saatı açıqlandı

Qəbələnin Sürixlə matçının başlama saatı açıqlandı

  • 16 Yanvar 2018, 17:16

“Qəbələ”nin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində İsveçrənin “Sürix” klubuna qarşı keçirəcəyi yoxlama oyununun vaxtı və stadionu açıqlanıb. Sportlife.az xəbər verir ki, bu matç yanvarın 17-də “Kaya Belek” otelinin meydançasında təşkil olunacaq.

Bu barədə “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

“Qəbələ" ilk yoxlama oyununda Türkiyənin "Akhisar" klubu ilə heç-heçə edib - 1:1.


Paylaş: