Qadin gimnastimiz dunya kubokunda qizil medal qazandi,idman gimnastikasi uzre Macaristanin Sombatxey seherinde kecirilen Duny Cempionati oncesi Challenge seriyasina

Qadın gimnastımız dünya kubokunda qızıl medal qazandı

  • 11 Sentyabr 2017, 15:30

Kişi və qadın idman gimnastikası üzrə Macarıstanın Sombatxey şəhərində keçirilən Dünya Çempionatı öncəsi “Challenge” seriyasına aid son Dünya Kuboku mərhələsində (8-10 sentyabr) Marina Nekrasova ilk dəfə olaraq QIZIL medala layiq görülüb.

Sportlife.az xəbər verir ki, Dayaqlı tullanma hərəkətləri üzrə təsnifat mərhələsindən 3-cü yerlə finala keçən komandamızın lideri, final çıxışını daha da mükəməlləşdirərək qələbə qazanıb.  

Marina növbəti final çıxışını isə gimnastika tirində icra edərək, 8-ci yerlə kifayətlənib.

Turnirdə digər təmsilçilərimiz Yuliya İnşına, Yekaterina Tişkova, Murad Ağarzayev və Bence Talas arasında isə ən yaxşı nəticəni dayaqlı tullanma üzrə final mərhələsində medalın bir addımlığında qərarlaşan Yuliya göstərib.


Paylaş: