AÇ-nin ikinci günündə daha bir medal

AÇ-nin ikinci günündə daha bir medal

  • 4 Noyabr 2017, 09:45

Kipr Respublikasının Larnaka şəhərində keçirilən taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin ikinci yarış günündə daha bir idmançımız mübarizə aparıb. Sportlife.az xəbər verir ki, çəkisi 63 kq-a qədər olan idmançıların yarışında Cavad Ağayev yarımfinalda məğlub olaraq Avropa Birinciliyinin bürünc medalına sahib olub.

Xatırladaq ki, yarışın ilk günü Bəhruz Quluzadə (-45 kq) qızıl medal qazanıb.


Paylaş: