5 Noyabr 2023, 11:04

"Qəbələ” Premyer Liqanın 12-ci turunda “Neftçi”ni qəbul edəcək.

Sportlife.az xəbər verir ki, ev matçının hazırlığında “qırmızı-qaralar”ın 2 futbolçusu iştirak etməyib.

Feras Abu Akal və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Asif Məmmədov isə komanda ilə məşqlərə başlayıb.

Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” görüşü saat 16:00-da başlayacaq.