"İddialı "Neftçi" ilə çempionat daha maraqlı olacaq"

  • 15 Fevral 2025, 16:41

"Son illərə baxdıqda "Neftçi"nin "Qarabağ"a çətinlik yaratdığı matç yadıma gəlmir".

Bu sözləri Sportlife.az saytına açıqlamasında 2005-2008-ci illərdə "Neftçi"də çıxış etmiş Nadir Nəbiyev deyb.

O, "ağ-qaralar"ın son matçlarda inamlı çıxış etdiyini və komandada inkişaf olduğunu söyləyib:

"İndi bir ümid yaranıb. Son oyunlarda komanda inamlı çıxış edir. Bu gün "Neftçi" turnir cədvəlində layiq olmadığı yerdə qərarlaşıb. Son oyunlarda komandada inkişaf görürəm. Maraqlı mübarizə olacaq. "Neftçi"nin mövqeyindən asılı olmayaraq, bu matçı derbi olaraq görürəm. İddialı "Neftçi" ilə çempionat daha maraqlı olacaq".

Veteran futbolçu Ağdam klubuna qarşı keçirdiyi ən maraqlı matçı da xatırlayıb:

"Bütün matçlarımız maraqlı olub. Amma mənim üçün ən yadda qalan oyun 2003-2004 mövsümündə olub. Həmin il biz çempion olduq. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Neftçi" qələbə qazandı. Bizim üçün çox önəmli oyun idi. Həmin görüşdə hansı tərəf qələbə qazanarsa, çempionluğa ən real namizəd olacaqdı. Biz 3:1 hesablı qələbə qazandıq. Stadionda çox az boş yer görərdiniz. Mənim üçün ən yadda qalan oyunlardan biri idi".

AKİF ƏHMƏDOV


Paylaş: