PFL prezidenti latviyalı həmkarını qəbul etdi
Latviya Virsliqasının prezidenti, Avropa Liqaları (“European Leagues”) idarə heyətinin üzvü Maksim Krivuneç Azərbaycan Peşəkar Futbol Liqasının qonağı olub.
Sportlife.az xəbər verir ki, PFL prezidenti Elxan Səmədovla görüşən Krivuneçin səfərində əsas məqsəd liqalar arasında təcrübə mübadiləsi olub. 20-ci turun bir sıra oyunlarını canlı izləyən qonaq matçların təşkili ilə bağlı ətraflı məlumat alıb, tətbiq olunan yeniliklərlə tanış olub.
Maksim Krivuneç təşkilatçılıqdan məmnunluq ifadə edərək üzvü olduqları Dünya Liqaları Assosiasiyasında (World Leagues Assosiciation) da Azərbaycan Peşəkar Futbol Liqasını görmək arzusunu ifadə edib.