"Qalatasaray"ın legionerinə "elçi düşdülər"

  • 29 Yanvar 2025, 14:47

"Napoli" "Qalatasaray"ın futbolçusu Viktor Nelssona "elçi düşüb".

Sportlife.az xəbər verir ki, yeni müdafiəçi axtarışında olan İtaliya klubu İstanbul nəhənginə təklif göndərməyə hazırlaşır.

Neapol təmsilçisi danimarkalı sopperi "Real"dan 12 milyon avroya heyətə cəlb edilən, ancaq etimadı doğrultmayan Rafa Mirin əvəzinə transfer etmək istəyir.

Qeyd edək ki, Nellsonla Avropanın başqa iddialı klubları da yaxından maraqlanır.


Paylaş: