"Qarabağ" 3 min cərimələndi

  • 16 Dekabr 2025, 15:28

AFFA İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

Sportlife.az xəbər verir ki, buna Ağdam klubunun azarkeşlərinin Premyer Liqanın XV turunda “Araz-Naxçıvan”la görüşdə (5:1) pirotexniki vasitədən istifadə etməsi səbəb olub.

“Qarabağ” fanatların davranışına görə 3000 manat cərimə ödəyəcək.

“Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.


Paylaş: