"Qəbələ"nin legionerinə cəza

  • 16 Dekabr 2025, 15:50

“Qəbələ”nin futbolçusu İbrahim Sanqare 2 oyunluq cəzalanıb.

Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Futbolçu Premyer Liqanın XV turunun “Kəpəz”lə görüşündə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün qarşıdakı 2 matçı buraxacaq. “Qəbələ” klubu isə 1000 manat məbləğində cərimə edilib.

Həmin matçda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə klub 700 manat ziyana düşüb.


Paylaş: