Rüstəm 100-ə çatdı

  • 16 Dekabr 2025, 11:48

Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib.

Sportlife.az xəbər verir ki, “Sumqayıt”ın yarımmüdafiəçisinin yubileyi XV tura təsadüf edib. 25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.

O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.

Qeyd edək ki, Rüstəm turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.


Paylaş: