Tovuzda bilet satışı başladı

  • 15 Fevral 2025, 14:15

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.

Sportlife.az xəbər verir ki, Premyer Liqanın XXIII turu çərçivəsində keçiriləcək oyunun biletlərini Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" qarşılaşması 16 fevralda, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.


Paylaş: