Dünya çempionatına qələbə ilə start

  • 4 Dekabr 2025, 18:34

Azərbaycan boksçusu Məhəmmədəli Aşurəliyev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Sportlife.az xəbər verir ki, o, 1/32 finalda Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb.

Boksçu döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimiz dünya çempionatına 11 boksçu ilə yollanıb.


Paylaş: