Almanlar Zubiri fərqləndirdi

  • Bu gün, 10:45

Almaniya mətbuatı “Ayntraxt”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Qarabağ” barədə geniş məqalə dərc edib.

Sportlife.az xəbər verir ki, yazıda xüsusən Qurban Qurbanovun komandaya 18 ildir rəhbərlik etməsi vurğulanıb. Azərbaycan çempionunun ən böyük üstünlüyü də məhz baş məşqçi amili hesab olunub.

Bundan başqa, frankfurtlular üçün ən təhlükəli mövqe “Qarabağ”ın sol cinahı göstərilib. Həmin cinahda yer alan Abdullah Zubir ağdamlıların hücum xəttinin əsas silahı sayılır. “Ayntraxt” üçün ən təhlükəli futbolçunun məhz Zubir olduğu vurğulanıb. Həmçinin Toral Bayramovun məhsuldarlığı və sol ayağı ilə güclü zərbələrə malik olması yazılıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:45-də başlayacaq.


Paylaş: