"Real" son nöqtəni qoydu
"Real" rəhbərliyi Səudiyyə Ərəbistanı klublarına qış transfer pəncərəsində braziliyalı hücumçu Vinisiusu satmayacaqlarını bildirib.
Sportlife.az xəbər verir ki, Madrid klubu futbolçunu daha sonra, 2026-cı ilin yayında satmaq qərarına gəlib.
Daha əvvəl Səudiyyə Ərəbistanı klublarından birinin forvard üçün "Real"a 200 milyon funt sterlinq (230 milyon avro) təklif etdiyi bildirilirdi.
Vinisius 2018-ci ildən İspaniya nəhəngində oynayır. O, bu komanda ilə 3 dəfə La Liqanın, 2 dəfə Çempionlar Liqasının qalibi olub.