"Tottenhem"in müdafiəçisi əməliyyat olundu
Uels millisinin və "Tottenhem"in müdafiəçisi Ben Deyvis sol topuğunun sınığı səbəbindən əməliyyat olunub.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu İngiltərə Premyer Liqasında "Vest Hem"lə oyunda (1:2) zədə alıb. Əməliyyatdan sonra Deyvis komandanın tibbi heyətinin nəzarəti altında reabilitasiyaya başlayacaq.
Futbolçu bu mövsüm 5 oyunda iştirak edib və 1 qol vurub.