Silva "Mançester Siti"ni tərk edir

  • Bu gün, 18:46

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib.

Sportlife.az xəbər verir ki, portuqaliyalı ulduz yayda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Silva 2017-ci ildən Mançester təmsilçisində çıxış edir. Bu müddət ərzində o, 437 oyuna çıxıb, 73 qol vurub və 76 məhsuldar ötürmə edib.


Paylaş: