Fransa DÇ-2026-nı boykot edəcək?
Fransa bu il keçiriləcək dünya çempionatını boykot etməyəcək.
Sportlife.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Marina Ferrari açıqlama verib:
"Müzakirələrimizin bu mərhələsində nazirliyimiz bu böyük yarışı boykot etmək niyyətində deyil. Amma nə baş verə biləcəyi ilə bağlı heç bir proqnoz vermirəm. Həmçinin müəyyən siyasi bloklardan (boykot haqqında) fikirlər eşitmişəm. İdmanı və yarışları siyasətdən ayırmağımızda israr edirəm".
Mediada yayılan məlumatlara görə, avropalı futbol funksionerləri Qrenlandiya ilə bağlı geosiyasi vəziyyətə görə ən yüksək səviyyədə mümkün boykot məsələsini müzakirə ediblər.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Danimarkaya məxsus adanı almaq və ya ilhaq etmək istəyini açıq şəkildə bildirib.
DÇ-2026-ya ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.