PSJ Dembelenin şərtlərini qəbul etmir
PSJ prezidenti Nasser Əl-Xelaifi jurnalistlərin Usman Dembele ilə müqavilənin uzadılması danışıqlarının gedişatı ilə bağlı suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, qətərli iş adamı hücumçunun istəkləri ilə bağlı mövqeyini bildirib:
"Klubun oyunçular üçün maaş limiti siyasəti var. Bunu hamı bilir və əməl etməlidir. Usman PSJ-nin əfsanəsidir. Mən Usmananı həm oyunçu, həm də insan kimi sevirəm. O, gözəl insandır".
Daha əvvəl mediada yayılan xəbərlərdə Dembelenin maaşdan narazı olduğu ilkin təklifi rədd etdiyi bildirilib. PSJ oyunçuya ildə 30 milyon avrodan bir qədər yüksək maaş təklif etsə də, forvard bundan ikiqat tələb edib.