"Qarabağ" "Ayntraxt"a qarşı

  • Bu gün, 10:01

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.

Sportlife.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.


Paylaş: