"Ancaq Avropadakı rəqibləri üçün yetərli pulları yoxdu"

  • 2 Oktyabr 2024, 12:35

Ötən gecə Çempionlar Liqasında "Borussiya" evində "Seltik"i 7:1 hesabıyla darmadağın edib.

Sportlife.az xəbər verir ki, "The Athletic" jurnalisti Kolin Millar bu nəticə barədə öz köşəsində belə bir yazıb:

"Seltik" futboldakı maliyyə bərabərsizliyini göstərən ən yaxşı örnəklərdən biridir. Onların yerli liqa oyunlarının 90%-i büdcəsindən xeyli aşağı olan Şotlandiya komandalarına qarşı keçir. Sonra Çempionlar Liqası bir neçə dəfə böyük büdcələrlə rəqib olur... İstər-istəməz hər mövsüm daxili liqa hakimliyi və Avropaya isə erkən vida"...

O, "Qarabağ"ı da örnək verərək bu klubların Avropada maliyyə cəhətdən nəhənglərlə başa edə bilməməsinə də deyinib:

"Dinamo" (Zaqreb), "Srvena Zvezda", "Zaltsburq", "Slovan" (Bratislava), "Yanq Boyz", "Şaxtyor" (Donetsk), "Ferentsvaroş", "Qarabağ", "Ludoqorets". Hamısı eyni problemin fərqli örnəkləridir - öz liqalarındakı rəqiblər üçün çox varlıdılar, ancaq Avropadakı rəqibləri üçün yetərli pulları yoxdu".


Paylaş: