ÇL: Bir oyunda başla 2 qol vuran ilk "Barselona"lı
Jül Kunde UEFA Çempionlar Liqasının bir matçında başla 2 qol vuran ilk "Barselona" oyunçusu olub.
Sportlife.az xəbər verir ki, fransalı futbolçu tarixi dublunu "Ayntraxt"la matçda (2:1) reallaşdırıb. O, 50-ci dəqiqədə Markus Reşfordun, 3 dəqiqə sonra isə Lamin Yamalın ötürməsini qola çevirib.
Kunde bu mövsüm Çempionlar Liqasının 6 oyununun hər birində start heyətində yer alıb. "Ayntraxt"a vurduğu iki qoldan əlavə, o, bir məhsuldar ötürmə edib və bir avtoqol müəllifi olub.