Flikin "Çelsi" qorxusu
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 5-ci turunda "Çelsi" ilə səfər oyunu barədə gözləntilərini bölüşüb.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis London klubunun dünyanın ən yaxşı klublarından biri olduğunu bildirib:
"Komandaya özünəməxsusluq qazandıran əla məşqçisi var. Enzo Mareskanın etdiklərini yüksək qiymətləndirirəm. Əla oyun gözləyirik. Asan olmayacaq. Bu, Çempionlar Liqasıdır, amma mübarizə aparacağıq. "Çelsi" ciddi rəqibdir və bizim üçün çətin olacaq".
Komandalar arasında oyun bu gün Londonda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.