"Bornmut"dan "Mançester Yunayted"ə

  • Dünən, 18:55

"Bornmut"un vingeri Antuan Semenyo klubunu dəyişə bilər.

Sportlife.az xəbər verir ki, qanalı futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb. 

Keçid baş tutsa, oyunçuya "24" nömrəli forma təklif olunacaq. Bu nömrə hazırda icarə əsasında Türkiyənin "Trabzonspor" klubunda çıxış edən Andre Onanaya məxsus olub.

Qeyd edək ki, Semenyo bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 11 oyunda 6 qola və 3 məhsuldar ötürməyə imza atıb.


Paylaş: