Baş məşqçini toyuğa bənzətdi

  • Dünən, 17:32

"Bavariya"nın fəxri prezidenti Uli Hönes baş məşqçi Vensan Kompani haqqında danışıb.

Sportlife.az xəbər verir ki, funksioner maraqlı fikirlər səsləndirib:

"Hazırda ana toyuq kimi bir məşqçimiz var, oyunçuları gözəl şəkildə qoruyur, məşq meydançasında onlara hər şeyi öyrədir və ən əsası hər birini daha da inkişaf etdirir".

Kompani 2024-cü ildən "Bavariya"ya rəhbərlik edir. Onun rəhbərliyi altında Münhen komandası ötən mövsüm Bundesliqanın qalibi olub.


Paylaş: