Vinisius "Real"ı tərk edir
"Real"ın hücumçusu Vinisius Junior qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Sportlife.az xəbər verir ki, Madrid klubu 25 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilmir. Bu isə "Mançester Siti", "Çelsi" və bir neçə Səudiyyə Ərəbistanı klubunun marağına səbəb olub.
Vinisius 2018-ci ildən "Real"da oynayır. Bu mövsüm "kral klubu"nda 17 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Vinisius "Real"la 3 La Liqa titulunu, bir Kral Kubokunu, 3 İspaniya Superkubokunu qazanıb, 2 dəfə Çempionlar Liqasının, bir dəfə UEFA Superkubokunun və bir dəfə isə FİFA Klublararası Dünya çempionatının qalibi olub.
Onun "kral klubu" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.