İranlı futbolçu spirtli içkiyə görə cəzalandı

  • Dünən, 17:04

İranın "İstiqlal" klubunun müdafiəçisi Armin Sohrabyan komandanın məşqlərindən müvəqqəti olaraq kənarlaşdırılıb.

Sportlife.az xəbər verir ki, buna futbolçunun əlində spirtli içki tutduğu videonun internetdə yayılması səbəb olub.

Video İran hakimiyyət orqanlarının sərt reaksiyası ilə qarşılaşıb, çünki ölkədə spirtli içki istehlakı qəti qadağandır. İş "İstiqlal"ın intizam komitəsinə göndərilib. İstintaq başa çatana qədər Sohrabyan komandadan kənarlaşdırılıb.

30 yaşlı futbolçu sosial mediada üzr istəyib və videonun bir neçə il əvvəl çəkildiyini iddia edib.


Paylaş: